Qrafik Dizayn Tarixi
Qrafik Dizaynın tarixinə baxmazdan öncə onun nə olduğunu anlayaq. Qrafik Dizayn Fotoqrafiya, Tipoqrafiya və İllustrasiya vasitəsilə vizual kommunikasiya vasitəsidir. Bir sözlə, şəkil və yazı ilə ünsiyyət qurmaq Qrafik Dizayndır.
Bəli, sən demə illərdir bizim hamımız bu işlə aşağı-yuxarı məşğul olurmuşuq.
Qrafik Dizaynın doğuşu, zərurət və səbəbləri.
İnsanlar digər canlılardan üstün kommunikasiya bacarıqlarına görə fərqlənirlər. Amma bu kommunikasiya qarşılıqlı formalaşır. Bir-biri ilə qarşılıqlı əlaqəsi olmayan insanlar informasiya ötürmək üçün şəkil və yazıdan istifadə etməyə başlayırlar. Bunu həm məşğuliyyət, həm hobbi, həm də zərurətdən edirdilər. Buna görə də biz müxtəlif səhnələr canlandırılan mağara rəsmləri ilə qarşılaşırıq.
İlk yaranan yazılar.
İlklər deyərkən ağla gələn sivilizasiya əlbəttə ki, Şumerlər olmalıdır. Dünyanı formalaşdıran ən vacib toplumlardan biri olublar. Cəmiyyət inkişaf etdikcə artıq yazıya tələbat yaranmağa başlayırdı. Qəribə deyildir ki, bunu məhz Şumerlər ediblər. Onların mixi yazıları ilk yaranmış yazı formalarıdır. İsladılmış gil lövhə və çubuq vasitəsilə loqoqrafik (1 ikon = 1 söz) formada yazılardan istifadə etməyə başlamışdılar. Gil lövhələrin aşınmaya qarşı dözümlü olması və saylarının çox olması bizə bu sivilizasiya haqqında geniş məlumat saxlamışdır.
Budur Qrafik Dizaynın gücü!
İlk çap işləri. Avropa Heraldikası.
Cəmiyyət inkişaf etdikcə artıq insanlar kütləvi formada yazılardan və şəkillərdən istifadə etmə zərurəti duyurdular. Beləcə pul üzərinə basqı, müxtəlif materiallar üzərinə çap formalaşmağa başladı. Çin kağızdan ilk istifadə edən mədəniyyətlərdən biri idi. B.e 200-cü ilindən çinlilər ipək və başqa materiallar üzərinə bir sıra dizaynlar edirdilər. 1040-cı ildən isə kağız üzərinə. Dünyanın ilk çap maşını isə “Bi Sheng” adlı bir çinli tərəfindən icad edilmişdir.
Heraldikanın inkişafı ilə gerblər, pullar üzərinə basqılar yayılmağa başlayır. Texniki olaraq dünyada ilk loqolar, qalxan üzərində yerləşmiş, hər hansı bir ailənin yaxud ərazinin simvolu olublar. Xaç yürüşləri ərəfəsində də bundan geniş formada istifadə olunub. Döyüşçülər ölkələrini göstərmək üçün öz zirehlərində və bayraqlarında gerbləri əks etdiriblər. Nümunə üçün “Game of Thrones” serialını referans götürmək olar. Orda da ölkə xanədanlıqlardan ibarət idi və hər birinin öz simvolu var idi. Bunu öz geyimlərində, zirehlərində, bayraqlarında göstərirdilər.
Qrafik dizaynın doğuşu intibah və sənaye , çap maşının icadı.
Johannes Gutenberg 1439-cu ildə Avropaya qlobal əlaqə və sonsuzadək dəyişən bir mədəniyyət gətirdi. Gutenbergin yaratdığı çap maşını ilə Qrafik Dizaynın daha ticari istifadəsinə yol açdı. Bu səbəbdən həmin dövrdə kütləvi formada yazı, incəsənət və illustrasiyalar satılmağa başlayır. Bununla əlaqədar yeni yaranan şirkətlər artıq hansı dizaynın daha uğurlu satıla biləcəyi haqda düşünməyə başlayırlar. Nəticə olaraq müasir Qrafik Dizayn dünyaya gəlir.
İlk loqoların yaranması və reklamlar.
Loqolar ilk dəfə çap sənayesində istifadə olunmağa başlamışdı. Bu loqonun basqısı həm də çap maşının necə keyfiyyətli olması üçün bir yarış idi. Çap işləri artıqca reklamlar da dövriyyəyə girməyə başlayır. 1620-ci ildən ilk küçə reklamları formalaşır. Bununla insanlar öz göstərdiyi xidmətləri kağıza çap edərək küçədə yerləşdirir və daha çox kütləyə xitab etməyə başlayırlar.
Qrafik dizayn terminin yaranması. İlk qrafik dizayn agentliyi və cərəyanlar.
Qrafik Dizaynın götürdüyü mükəmməl təcil 20-ci əsrin əvvəllərində daha da artmağa başlayır. Amma hələ də insanlar gördüyü işin adını bir terminə çevirməmişdilər. “Qrafik Dizayn” termininin yaratma şərəfi “William Addison Dwiggins” ə nəsib olur. O, “Yeni Dizayn üçün Yeni Çap çağırışları” məqaləsində Qrafik Dizayn terminindən istifadə edərək konfiqurasiyasında rolunun nə olduğunu dəqiq təsvir edir. Bu yaranan təcilin qığılcımları həm də ilk Qrafik Dizayn agentliklərinin və Dizayn Cərəyanlarının yaranmasına gətirib çıxarır. İlk yaranan agentlik isə 1903-cü ildə “Wiener Wekstatte” (Avstriya Atolyesi) olur. Rəssam Koloman Moser və memar Josef Hoffmann tərəfindən yaradılan bu agentlik həm də Kubizm cərəyanını formalaşdırır. Art Deco və Bauhaus stilləri də onların yaratdığı ilhamdan bəhrələnir.
Rəqəmsal dövrə keçid.
1950-ci ildən etibarən dünya bu günkü rəqəmsal dönəmə yaxınlaşmağa başladı. Adobe Photoshop ilk dəfə 1990-cı ildə satışa çıxarıldı. Tək başına belə qrafik dizaynın üzünü dəyişdirdi. Foto manipulyasiya, illüstrasiya və CGI barındıran yepyeni bir qrafik dizayn alt kateqoriyaları yaratdı.
Bu gün.
İndiki zamana baxdıqda, qrafik dizaynın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük. Qrafik Dizayn həm gündəlik həyatda istifadə etdiyimiz məhsullarda, həm də sosial şəbəkədə, mobil tətbiqlərdə, veb səhifələrdə qarşımıza çıxır.
Gələcək.
Qrafik Dizaynın gələcəyi dedikdə ağıla gələcək söz birləşməsi — Qarşılıqlı əlaqə
İstifadəçinin öz təcrübəsini oynamağa, kəşf etməyə və yaratmağa dəvət edən dizaynlarla dolu bir gələcək ehtimal olunandır. Bunu onsuz da ekranı sürüşdürərkən böyüyüb-kiçilən, 360 dərəcəlik görüntülü dizaynlarda görürük.